Ukrayna keçib hücuma, yel kimi cuma cuma

Noyabrın 9-da Ukrayna Xerson istiqamətində 12 yaşayış məntəqəsini azad edib.

Bu haqda Ukrayna mətbuatı Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnıya istinadən məlumat yayıb.

“Təkcə son 24 saat ərzində Petropavlovka-Novoraysk istiqamətində Müdafiə Qüvvələrinin bölmələri 7 km irəliləyib, 6 yaşayış məntəqəsini nəzarətə götürüb və 107 kvadrat kilometrə qədər ərazini Ukraynaya qaytarıb.

Pervomayskoye-Xerson istiqamətində də biz 7 km irəlilədik, daha 6 yaşayış məntəqəsini nəzarətə götürdük, işğaldan azad edilmiş ərazinin sahəsi 157 kv.km-dir” deyə, Zalujnı bildirib.

Ukrayna ordusunun ötən gün Luqansk istiqamətində də 2 km. irəlilədiyi bildirilir.

Basta