Ukrayna ordusu Snigirevka şəhərini azad etdi – Video

Ukrayna silahlı qüvvələri, Nikolayev vilayətinin Snigirevka şəhərini azad edib.

Ukrayna mediası və teleqram kanallarının yaydığı videoda görünür ki,   ukraynalı əsgəri yerli sakinlərin alqış sədaları altında noyabrın 10-da şəhərin azad edildiyini deyir. Video Snigirevkanın qərb hissəsində çəkilib.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələ ki, ukraynalı hərbçilərin şəhəri azad etdiyini təsdiqləməyib.

Snigirevka mühüm logistika mərkəzidir, çünki Dnepr çayının sağ sahilindəki bütün yollar burada birləşir. Həmçinin Krivoy Roqdan Nikolayevə və Xersondan şimala gedən dəmir yolu da buradan keçir.

Basta