İranda öldürülən etirazçıların sayı artıb

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb. Bu barədə İran İnsan Haqları Təşkilatı noyabrın 10-u axşam saatlarına olan məlumatı paylaşıb.

İran İnsan Haqları Təşkilatı noyabrın 8-ə yaydığı məlumatda 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 15092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin öyrənci olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.

Həmçinin bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Gunaz.tv