Müsavat noyabrın 15-də aksiya keçirəcək
Bakı şəhər icra hakimiyyəti Müsavat Partiyasının noyabrın 15-də aksiya keçirməsini məqsədəuyğun hesab etməyib. Bundan əvvəl İran mediasında iranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlığı yayılıb. O, deyib ki, Müsavat Partiyası noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirsə, dərhal cavab tədbirləri görüləcək.
Bütün bunlar rəğmən partiya aksiyanın keçirilməsinə qərar verib.
“Biz bu dövlət qurumuna məktub ünvanlayanda niyyətimiz bu barədə Eldar Əzizovun rəyini öyrənmək deyildi. Biz Konstitusiya hüququmuzdan qanuni yolla istifadə edəcəyimizi bildirmişdik… Noyabrın 15-də Müsavat Partiyası həmin Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulan hüququna əsaslanaraq elan etdiyi aksiyasını keçirəcək” – deyə, Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, aksiya saat 15-də İranın Bakıdakı səfirliyi önündə “Azadlıq, Ədalət, Milli hökumət” və digər şüarlar altında keçiriləcək. Aksiyada İranın anti-azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub.
Basta