Sabiq müşavirdən TƏKLİF: Naxçıvan vilayət elan edilsin!

“Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması üçün referendumun keçirilməsi mümkündür”.

Bunu Modern.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli son günlər Naxçıvan ətrafında cərəyan edən hadisələrdən danışarkən deyib.

Q.Hüseynli bildirib ki, Naxçıvanın status məsələsini Türkiyə ilə müzakirə edib, razılığa gəlmək olar:

“Naxçıvanın statusu ilə bağlı beynəlxalq razılaşmalar mövcuddur. Buna qarant dövlətlər müəyyən edilib. Həmin qarant dövlətlərdən biri məhz qardaş Türkiyədir. Biz Türkiyə ilə bu məsələni müzakirə etməklə, Naxçıvanın statusunun aradan qaldırılmasına nail ola bilərik”.

Eks-dövlət müşaviri onu da vurğulayıb ki, Naxçıvanın statusu konstitusiyada qeyd olunmuş unitarlıq prinsipinə ziddir.