Rus ordusu Ukraynanın Zaporojye vilayətində geri çəkilməyə başladı
Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin ilhaq edilmiş hissəsinin ərazisindəki bir neçə yaşayış məntəqəsindən ayrı-ayrı bölmələri çıxarır. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının dekabrın 1-də axşam dərc olunmuş presrelizində deyilir.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri region ərazilərinin işğalından sonra təyin edilmiş yerli administrasiyaların əməkdaşlarının da təxliyəsinə başlayıb.
Qeyd edilir ki, Mixaylovka kəndindən (Melitopoldan təxminən 60 kilometr aralıda) yerli polis idarəsi və təhsil müəssisələrindən birində yerləşən bölmələr çıxıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Poloqi şəhəri və İnjenernoye kəndində rus hərbçiləri məskunlaşdıqları evləri tərk edərək “oğurlanmış əmlakı” çıxarırlar. Burçak kəndində Rusiyanın təyin etdiyi hakimiyyət orqanları “əhalinin könüllü təxliyəsi” üçün siyahıyaalma aparır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Zaporojye vilayətinin ilhaq edilmiş ərazilərinin hakimiyyət orqanları Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatını şərh etməyiblər.
Basta