Müsavat Bəxtiyar Hacıyevin azad olunmasını tələb edir – Divanın gündəliyi

Dekabrın 12-də Müsavat Partiyası Divanının növbəti iclasi keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata gorə, iclasda görülən işlər barədə məlumat dinlənilib.

Rayon təşkilatlarında hesabat-seçki yığıncaqlarının təşkili ilə bağlı tapşırıqlar verilib.

İctimai fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsi ilə bağlı Müsavatın qərargahında ictimai fəalların, jurnalistlərin və müxalifət partiyaları nümayəndələrinin iştirakı ilə keçirilən toplantı barədə məlumat dinlənilib.

Bəxtiyar Hacıyevin həbsi Azərbaycanda siyasi repressiyaların davamı kimi qiymətləndirilib, onun və digər siyasi məhbusların dərhal azad edilməsi tələb olunub.

Qarabağda baş verən son hadisələr, Laçın dəhlizinin eko-fəallar tərəfindən bağlanmasının mümkün nəticələri təhlil edilib.

Ukraynada son durum barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta