Erməni tərəfi Laçın dəhlizindən istifadə etdi

Dekabrın 19-da Laçın yolunda aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Maşınlarda xəstə ermənilərin olduğu bildirilir.

Ötən gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Laçın dəhlizində azərbaycanlı ekoloqların Ağdərəyə buraxılmamasına etiraz olaraq 8-ci gündür ki, aksiya keçirilir. Aksiya başlayandan bəri erməni tərəfi dəhlizdən istifadəyə cəhd göstərməmişdi.

Basta