Müsavat Divanının gündəliyi

Dekabrın 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib. 21 Azər Günü ilə bağlı ziyalıların iştirakı ilə partiyanın mərkəzi qərargahında keçirilən tədbir yüksək qiymətləndirilib.

Təşkilati məsələlər müzakirə edilib, rayon təşkilatları üzrə kuratorlara müvafiq tapşırıqlar verilib.

Siyasi fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər təqdir olunub.

Ölkədə gedən ictimai-siyasi proseslər, Laçın dəhlizində son vəziyyət təhlil olunub.

İşgaldan azad olunmuş ərazilərin ayrı-ayrı şirkətlərə paylanması haqqında məlumatlar dinlənilib. Xüsusilə Cəbrayıl və Zəngilan rayonlarında yerli əhalinin orada nəinki təsərrüfat və biznes yaratması, hətta öz dədə-baba yurduna qayıtmasına imkan verilmədiyi qeyd olunub. Hakimiyyətin bu istiqamətdə atdığı addımların işgaldan azad olunmuş ərazilərin mənimsənilməsi kimi qiymətləndirilib.

İclasda Ukraynada gedən müharibə, İranda rejimə qarşı davam edən etirazlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta