Tofiq Yaqubluya 30 sutka həbs cəzası verildi

 

Səbail Rayon Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya inzibati Xətalar Məcəlləsinin 510 və 535.1 – ci maddələri ilə 30 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.

Bu haqda vəkil Nemət Kərimli məlumat yayıb.

O, Bəxtiyar Hacıyevə azadlıq tələbilə bu gün Bakının Fəvvarələr meydanında keçirilən aksiyada saxlanılmışdı.

Aksiyada saxlanılan digər şəxslər sərbəst buraxılıb.

Müsavat başqanı Arif Hacılı Tofiq Yaqublunun həbsinin qanunsuz olduğunu bildirib və dərhal azadlığa buraxılmasını tələb edib.

Basta