Naxçıvan DİN ləğv edilir – Bakıdan rəis göndəriləcək
Naxçıvan Daxili İşlər Nazirliyi ləğv edilir, onun əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq.
“Qafqazinfo” xəbər verir ki, idarəyə kimin rəis təyin olunacağına da artıq məlumdur. Məlumata görə, bu postun Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətova həvalə olunacağı gözlənilir.
Xatırladaq ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.