Xankəndidə mağazalar boşdur

Xankəndi mağazalarında zəruri əşyalar demək olar ki, tükənib. Bunu Ermənistanın NEWS.am agentliyinə müsahibəsində şəhərin “meri” David Sarkisyan deyib.

“Mağazalar demək olar ki, boşdur, bir neçə mağazada günəbaxan yağı, şəkər, az miqdarda qalıb. Meyvə-tərəvəz qalmayıb. Eyni zamanda, un və buğda ilə bağlı heç bir problemimiz yoxdur, çörək zavodları normal işləyir”, – Sarkisyan bildirib.

Onun sözlərinə görə, şəhərdə 5 faiz benzin qalıb, avtomobillər yanacaq kimi qazdan istifadə edir.

Xatırladaq ki, dekabrın 12-dən  etibarən bir qrup azərbaycanlı fəal Laçın yolunda etiraz aksiyası keçirir. Aksiya iştirakçıları yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirsələr də erməni tərəfi, bir neçə xəstənin daşınması istisna olmaqla, dəhlizdən istifadəyə cəhd göstərməyib.

Basta