Almaniya rəsmisi Bakıda vəkil və hüquq müdafiəçiləri ilə görüşdü

Bakıda səfərdə olan Almaniya Xarici İşlər Nazirliyi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə şöbə müdiri Mattihast Volert vəkil Nemət Kərimli və hüquq müdafiəçiləri ilə Rüfət Səfərov və Elşən Həsənovla görüşüb.

Bu haqda “Basta”ya Nemət Kərimli məlumat verib.

Görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub, – deyə, Nemət Kərimli bildirib.

Basta