Bəxtiyar Hacıyev yenidən başladı
Yanvarın 9-da ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb. O bu barədə Bakı Apellyasiya Məhkəməsi onun ev dustaqlığına keçirilməsilə bağlı şikayətini təmin etmədikdən sonra bildirib. Bu barədə Turan-a hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb.