Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin uzanmasında maraqlıdır
Bir tərəfdən Soçidə, digər tərəfdən isə Brüssel və Praqada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçirilən görüşlərin təhlili göstərir ki, yanaşmalar ümumilikdə eynidir – əsas mövzu, yolların açılması, sülh müqaviləsinin imzalanması və kompromislərdir.
Bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Ermənistanın NEWS.am saytına açıqlamasında bildirib.
“Ancaq bəzi detallar və nüanslar var. Qərb çərçivə sazişinin daha tez olmasını istərdi, çünki bu halda sülhməramlıların Qarabağda qalmasının legitimliyini və 102-ci bazanın Ermənistanda olmasının zəruriliyini gündəmə gətirmək mümkün olacaq. Moskva deyir: gəlin əvvəlcə yerdə bir az iş görək – kommunikasiyaların açılmasını, delimitasiya və demarkasiyanı aparaq, Qarabağ məsələsini sonraya saxlayaq, çünki bu mövzu tədricən öz əskinliyini itirəcək. Moskva tələsməməyi, Qərb isə bu işləri sürətləndirməyi təklif edir” – deyə, Markedonov vurğulayıb.
Basta