Yazda Azərbaycanla Ermənistan arasında yeni müharibə başlaya bilər – Hesabat

Beynəlxalq Böhran Qrupunun (ICG) “Azərbaycan və Ermənistan arasında yeni müharibənin qarşısının alınması” adlı növbəti hesabatına əsasən, Qarabağ uğrunda ikinci müharibədən iki il sonra Ermənistan və Azərbaycan üçüncü müharibənin başlanğıcına yaxındır.

“2022-ci il ərzində vasitəçilər hərtərəfli sülh sazişi üzrə danışıqlar aparmağa çalışsalar da, üç böyük toqquşma, o cümlədə  sentyabrda iki ölkə arasında sərhəddə baş vermiş silahlı qarşıdurma vəziyyətin kövrəkliyini göstərdi” – deyə, hesabatda deyilir.

Azərbaycanın böyük hərbi üstünlüyü və Rusiyanın diqqətinin Ukraynadakı müharibəyə yönəldiyi bir vaxtda Bakının danışıqlar yolu ilə istəyinə nail ola bilməyəcəyi təqdirdə, münaqişənin yenidən alovlnacağı ehtimal edilir.

Təşkilat hesab edir ki, bu,  iki ölkə arasında müharibənin alovlanmasına,  və böyük insan itkilərinə gətirib çıxara bilər.

“Tezliklə Cənubi Qafqaza bahar gəlib çatacaq, əriyən qar yeni işlərə yol açacaq. Brüssel genişmiqyaslı toqquşmaların qarşısını almaq üçün hərəkətə keçməlidir,” – deyə, hesabatda vurğulanır.

Basta