Don biçməyin “don-don”lara!
“Ömrümüzü yeməyin” (bu ifadə də İlham bəyə məxsusdur), sizin o təriflədikləriniz var e, hansı ki, mən söyürəm, onları da deputat seçsələr (və yaxud: s…çsalar, qayırsalar), onların da heç biri “imtina mədəniyyəti” sərgiləməyəcək (hərçənd Mirmahmud Mirəlioğlu və Lalə-Şövkət bir dəfə nümunə göstəriblər) və mübarizlik simvolu olmayacaqlar!
Əqidə və qələm düşmənimiz Eynulla Fətullayevdən, Vidadi Mahmudovdan, dostumuz və qardaşımız Rauf Arifoğlundan, hətta Əli Kərimlidən üzübəri… ta Erkin Qədirliyəcən görə-görə gəlmişik! Əksini nümayiş etdirəcək natura, xarizma yoxdur!
“Tərəqqi” medalından imtina edə bilməyənlərə “Şöhrət” ordenindən imtina edənlər də nümunə olmadı… sonrasını demirəm!
Odur ki… bacardığınız qədər kayf tutun, lağa qoyun, ittiham etməyin amma…
Hesab da edin ki, o quşlamaqda, qatıqlamaqda ittiham etdiyiniz deputatlar var e, onlar kifayət qədər ağıllı, müdrik adamlardır, öz çıxışları ilə… ağacdələn meşənin sanitarı olduğu kimi, onlar da cəmiyyətin “ağacdələn” sanitarlarıdır! Sizin qəhrəman saydıqlarınız isə… virus!
Epidemiya yarada bilməyən, amma Pandemiya qadağalarına səbəb olan viruslar!
Əgər onların gündəyməzində ingilis barmağı olmasa, dirəməsələr ki, ta biz deyənəcən “danışın”, elə ilk profilaktik söhbətdən hər şeyə anlayışla yanaşarlar, “əyilməz, barışmaz, sınmaz, dönməz” performansı yapmazlar!
Mənim ayran içib, ara açmaq halım yoxdur, üstəlik də 11 metrlik yazı yazmaq həvəsində deyiləm, həmin o qəh…rəmanların bir-bir həm daxildə, həm də xaricdə hansı xəttə qulluqda və qulluqda olduğunu yazardım, nəzərə alıram ki, “bıdlo staya”sı başlayacaq ki, satılıb, iqtidardan umur, girir, özünü verir, nə bilim nə…
Xatırlatmaq istəyirəm ki, bəzi yoldaşlara ildən də az müddət öncə dediyimi:
Bu gün sizin əl çatdıqlarınızı heç bir il keçməz, Eynulladan, Raufdan pis söyərlər!
Mərhələ başlayıb – yeni ilin planı həm də budur!
Qısacası: dərzilik etməyin!
Don biçməyin “don-don”lara!
p.s. bağışlayın e, belə ağıllı-ağıllı yazdığıma görə, yazmayanda deyirsiniz ki, niyə susurdun, yazanda da deyirsiniz ki, sən kimsən e?
Xüsusi qeyd etmək istəyirəm ki, öz ləyaqətli jurnalistlərinizi tanıyın, lütfən, özünüzü MEDİA rəhbəri kimi (30 ilin imzaları haqqında “mən elə jurnalist tanımıram” deyir) aparmayın!
“Gecəniz xeyrə sarı, gündüzün aydınlığına,
Günəş də boylanacaq bir üzü xeyrə tərəf”