“Belarusdakı vəziyyətlə bağlı BMT-nin xüsusi sessiyası keçirilsin” – Çağırış

Human Rights House vətəndaş cəmiyyəti təşkilatları BMT İnsan Haqları Şurasını Belarusda insan hüquqları pozuntularını aradan qaldırmağa çağırır.

İnsan Hüquqları Evi Fondu da daxil olmaqla, bir neçə beynəlxalq və yerli vətəndaş cəmiyyəti təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasını, Belarusiyada 2020-ci ilin avqust Prezident seçkiləri zamanı və sonrasında baş vermiş insan hüquqları pozuntularını aradan qaldırmaq üçün Xüsusi Sessiya çağırmağı xahiş edir.

“Biz, Belarus və beynəlxalq qeyri-hökumət təşkilatları, xüsusi narahatlığımızı bildirərək sizə məktub yazırıq və Belarus hökumətinin dinc nümayişçilərə qarşı təzyiqləri və davam edən digər məsələləri həll etmək üçün təcili olaraq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Xüsusi Sessiyasını çağırmağa çağırırıq” – deyə, sənəddə vurğulanır.

Qeyd edilir ki, Belarusda 2020-ci ildə keçirilən prezident seçkiləri ilə əlaqədar olaraq təsadüfi həbslər, uydurma ittihamlarla məhkəmə qərarları, işgəncə və pis rəftarlar da daxil olmaqla bir sıra pozuntular kütləvi hal alıb: “Şuranı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından insan hüquqlarının pozulması ilə bağalı monitorinqin təşkili və hesabat verməsini, pozuntuların qarşısının alınmasını nəzərdə tutan bir qətnamə qəbul etməyə çağırırıq”.

Heybət Əmrah

Basta