Yeni Zellandiyada 51 müsəlmanı öldürən terrorçuya ömürlük həbs cəzası verildi
Yeni Zelandiyadakı məscidlərdə 51 nəfəri öldürməkdə günahlandırılan Avstraliya əsilli Brenton Tarrant ömürlük həbs cəzasına məhkum edilib. Associated Pressin verdiyi məlumata görə, bu, Yeni Zelandiyada ilk belə hökmdür.
Hakim Kameron Manderin fikrincə, Tarrantın cinayətləri o qədər dəhşətli və qeyri-insani bir cinayətdir ki, bir ömürlük həbsxana həyatı da onun günahlarınının bağışlanması üçün azdır.
İfrat sağçı Brenton Tarrant 2019-cu il martın 15-də Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edib, nəticədə 51 nəfər ölüb və 49 nəfər yaralanıb. Tarrant hücumunu videoya çəkib və Facebook-da canlı yayımlayıb.
Basta