“Zəlzələdə köhnəsi qalıb, yeni binalar dağılıb”
Dadaş Əhmədli
Türkiyədə hakimyyətə loyal olan Nihat Hatiboğlu da zəlzələ nəticəsində dağılan binalarının əksəriyyətinin yeni tikilmiş binalar olduğunu bildirib.
Zəlzələdən əvvəl və sonra
Onun sözlərini Qəhrəmanmaraş universitetlərindən birinin azərbaycanlı müəllimi Mərziyə Məmmədli də öz növbəsində təsdiqləyir: “Mərkəzdə demək olar ki, bütün binalar köhnə idi. Bizim tərəfdə yeni tikililər var idi, amma təəssüf ki, 1, 3, 5 il əvvəl tikilmiş evlər yerlə-yeksan olub. 2007-ci ildə tikilmiş binada yaşayırdıq. 2010-2020-ci illərdə tikilən binalar uçub, amma 2007-ci ildə tikilmiş bina dayanıb”.
Bütün bunlar korrupsiyanın ildən-ilə özünə daha çox yer eləməsinin göstəricisidir.