Türkiyədə qəbiristanlıqlardan tükürpədən görüntülər

Türkiyənin “Sözçü” qəzeti qəbirstanlıqlardan şok görüntü paylaşıb. Zəlzələdə həlak olanların sayı o qədər çoxdur ki, onlar kütləvi məzarlıqda basdırılır. Bildirilir ki, Zəlzələnin episentri olan Kahramanmaraşın Kapıcan qəbiristanlığında dünən eyni vaxtda 700 cəsəd basdırılıb.  Məlumata görə, məzarlar traktorla qazılır, cənazələr düzülür və yenə texnikanın köməyi ilə üstü torpaqlanır.

Sürətli dəfn mərasimindən sonra insanlar öz qohumunun adı yazılan lövhəni torpağa sancır,  və hələ dağıntılar altında qalan digər doğmalarını çıxarmaq üçün şəhərə qayıdırlar.

Qeyd edək ki, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində ağır dağıntılara səbəb olan zəlzələlərdə həyatını itirənlərin sayı 18 min 342-yə yüksəlib.

AFAD-ın saat 09:25-də paylaşdığı son məlumata görə, yaralıların sayı 74 min 242-ə çatıb.

Bildirilir ki, 75 min 780 zərərşəkən bölgədən başqa əyalətlərə təxliyə edilib. Dağılan binaların sayı 6 min 444 olaraq açıqlanıb.

Basta