“Fenerbahçe”nın ardınca “Beşiktaş” tərəfdarları hökuməti istefaya çağırdı – Video

Türkiyədə Fenerbahçe – Konyaspor matçının ardınca, bazar günü Beşiktaş – Antalyaspor qarşılaşmasında da tribunalardakı azarkeşlər ‘hökümət istifa’ şüarını səsləndiriblər.

Azarkeşlər həmçinin prezident Rəcəb Tayib Ərdoğanın uzun müddət hakimiyyətdə qalmasına işarə edərək “Yalan yalan yalan, dolan dolan dolan, 20 sene oldu istifa ulan!”  şüarını səsləndiriblər.

Daxili işlər naziri Süleyman Soylu “Hökumət istefa” qışqıran futbol azarkeşlərini hədələyib. Soylu, “Bizim onlara vaxt ayırmağımızı istəyirlərsə, biz rahatlıqla vaxt ayıra bilərik, hodri Meydan. Heç kim Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələdə qol yarışı etməməlidir. Mənim tövsiyəm budur”, – deyə o bildirib.