Qarabağda antiterror əməliyyatının anonsu verildi – VİDEO
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni hərbi avtomobilləri peyda olur və maneəsiz hərəkət edirlər. Onların təhlükəsizliyini isə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşını təmin edir. Bu haqda İTV-nin reportajında bildirilir.
“Biz Laçın yolunda öz Nəzarət-buraxılış məntəqəmizi qurmalıyıq. Əgər bu məntəqəyə hücum olarsa, onda Qarabağda antiterror əməliyyatı qaçılmazdır”. Bunu Milli Məclisin üzvü Rasim Musabəyov İTV-yə açıqlamasında deyib.