Türkiyədə zəlzələdən sonra sel fəlakəti: Ölən və itkin düşənlər var – Video

Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələlərin yaşandığı bölgədə indi də sel fəlakəti yaşanır.

Adıyaman valiliyindən verilən məlumata görə, leysan yağışından sonra başlayan sel nəticəsində ölən və itkin düşənlər var. Evlər və maşınlar su altında qalıb.