Ermənistanda təlaş: Rusiya və Avropadan kömək istədilər
Azərbaycan öz silahlı qüvvələrini və ağır texnikasını Ermənistan sərhədi boyunca toplayıb, bu, müharibə təhlükəsi yaradır.
Bu barədə Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr Daimi Komitəsinin sədri Taquhi Tovmasyan Facebook səhifəsində yazıb:“Mən bütün xaricdəki həmkarlarıma təcili məktublar göndərdim. Ermənistan sərhədində Azərbaycan silahlı qüvvələrinin və ağır texnikasının hərəkəti müşahidə olunur: bunu, hətta sərhədyanı yaşayış məntəqələrinin sakinləri də görür. Mən bütün beynəlxalq tərəfdaşlarıma təcili məktublar göndərərək, Azərbaycanın ərazi iddiaları barədə xəbərdarlıq etmişəm”.
Deputat Tovmasyan yazıb ki, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq addımların və ya rəsmi qınaqların olmaması Azərbaycanın “soyqırımı siyasətinin” davam etməsinə şərait yaradır: “Mən beynəlxalq tərəfdaşlara Azərbaycanın planlaşdırdığı mümkün eskalasiyanın və ermənilərə qarşı yeni soyqırımın həyata keçirilməsinin qarşısını almaq üçün təsirli və qabaqlayıcı tədbirlər görmək xahişi ilə müraciət etdim. Ümid edirəm ki, Ermənistanda yerləşən Avropa İttifaqı müşahidəçiləri və Artsaxı (Xankəndidəki separatçı rejimi – red.) qoruyan Rusiya sülhməramlıları hadisə yerində qalaraq vəziyyəti düzgün qiymətləndirəcəklər və bunun ardınca cəza tədbirləri görüləcək”.
Basta