Bakı və Yerevan tezliklə sülh müqaviləsi imzalaya bilər – Blinken

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi əldə edə bilərlər. O, Vaşinqtonun İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına yardım etmək səylərini belə şərh edib.

ABŞ Dövlət Departamentinin rəhbəri Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib:

“Mən şişirtmək istəmirəm, amma əslində sülh müqaviləsini yekunlaşdırmaq üçün yaxşı fürsət var”.

Basta