Kılıçdaroğlu ilə Ərdoğan arasında neçə faiz səs fərqi var? Sorğu
Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək. Məşhur MAK Consulting Research araşdırma şirkəti 8-15 mart tarixləri arasında 53 vilayətdə keçirdiyi sorğunun nəticələrini paylaşıb.
Şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Kulat 8-15 mart tarixləri arasında 53 vilayətdə 5750 nəfərlə üzbəüz aparılan sorğunun nəticələrinə görə müxalifətin öndə olduğunu açıqlayıb.
“Prezidentliyə namizədlərdən kimə səs verəcəksiniz” sualını cavablandıranların 46,5%-i Kamal Kılıçdaroğluna, 42,4%-i isə Rəcəb Tayib Ərdoğana üstünlük verəcəyini bildirib.
Sorğunun nəticəsi belədir:
Kılıçdaroğlu: 46,5 faiz
Ərdoğan: 42,4 faiz
Qərarsız: 7,7 faiz
Digər namizədlər: 3,4 faiz
“Sabah ümumi seçki olsa, hansı partiyaya səs verərdiniz?” suala verilən cavablarda cədvəl aşağıdakı kimi formalaşıb:
AKP: 34,2 faiz
CHP: 26 faiz
IYI Partiya: 13,6 faiz
HDP: 9,3 faiz
MHP: 6,3 faiz
DEVA: 2,1 faiz
Müstəqil Türkiyə Partiyası: 1,2 faiz
Gələcək partiya: 1 faiz
Məmləkət partiyası: 1 faiz
Zəfər partiyası: 1 faiz
Basta