Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər saxlanılıb
Azərbayca Respublikasının Milli Məclisinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı terror aktının törədilməsində əli olanlar saxlanılıb. Paytaxt Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb. Bu barədə Daxili İşlər Nazilrliyindən məlumat verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. Silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb. (report)