İnce şokda: Daha 150 nəfər partiyadan istefa verdi

Türkiyədə prezidentliyə namizəd Muharrem İncenin sədri olduğu, CHP-dən qopmuş Məmləkət Partiyasında növbəti dəfə kütləvi istefa olub.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə partiyanın Zonquldak vilayət təşkilatından 150 nəfər istefa verib.

Məlumatı təsdiqləyən yerli təşkilatın sabiq sədri Mukadder Yalçın istefaların İncenin siyasətinə və deputatlığa namizəd seçiminə etiraz xarakteri daşıdığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl partiyanın Hatay vilayət təşkilatından da 350 nəfər istefa vermişdi.

Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur.