AB Rusiya və Çini COVID-19 pandemiyası ilə bağlı yalan məlumatlar verməkdə günahlandırır

Avropa Komissiyası, AB-nin Rusiya və Çini COVID-19 pandemiyası ilə bağlı yanlış məlumatlar yaymaqda günahlandırdığı Demokratiya üçün Fəaliyyət Planını yayımlayıb, – “RİA Novosti” xəbər verir.

 

“Xarici oyunçular və bəzi üçüncü ölkələr (xüsusən də Rusiya və Çin) AB-də, qonşu ölkələrdə və dünyada koronavirus pandemiyası ətrafında dezinformasiyaların təsirinə və yayılmasına yönəlmiş əməliyyatlara cəlb edilib. AB vətəndaşlarını öz mənafeləri naminə aldatmaq üçün manipulyasiya taktikasından istifadə etdikdə, demokratiya üçün belə bir təhdid hərtərəfli və kollektiv bir cavab tələb edir”- agentlik sənədin mətnindən sitat gətirir.

 

AB yaxın vaxtlarda ittifaq daxilində oxşar bir təhlükənin daha da gücləndiyini qəbul edir.

 

“Digər tərəfdən, daxildən də dezinformasiya təhlükəsi artmaqdadır”, – AB hesabatında vurğulanır.

 

Sənədə görə dezinformasiya yalnız açıq şəkildə yalançı zərərli məzmunun yayılması deyil, həm də məlumatların təhrif olunması, insanları yanıltmaq, manipulyasiya taktikasından və sosial şəbəkələrdə saxta profillərdən istifadə etmək deməkdir.
“Yeni mühit AB daxilində və beynəlxalq tərəfdaşlarla daha da yaxın bir iş birliyinə ehtiyac duyur. Yalnız hibrid təhdidlər (məsələn dezinformasiya, kiberhazırlıqlar, seçkilərə təsir) haqqında toplanan məlumatları birləşdirərək, AB bu təhlükənin mahiyyətini hərtərəfli başa düşə bilər, buna effektiv reaksiya vermək lazımdır”- sənəddə qeyd edilir.

 

Agentliyin məlumatına görə, Avropa Birliyi əvvəllər də COVID-19 pandemiyası ilə əlaqəli Rusiya və Çinə qarşı dezinformasiya ittihamları səsləndirmiş, Moskva və Pekin isə bu cür açıqlamaları rədd edib.

 

Heybət Əmrah

Basta