Müsavat Divanının gündəliyi

Aprelin 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlərlə bağlı məlumat dinlənilib.

Daha sonra ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması sərhədlərin nəzarətə götürülməsi istiqamətində zəruri addım kimi qiymətləndirilib. Qeyd edilib ki, bu, dövlətimizin beynəlxalq normalara tam uyğun olan suveren hüququdur.

Aprelin 28-də saat 14:00 işğaldan azad olunmuş ərazilərdə bərpa işləri və məskunlaşma problemləri ilə əlaqədar təyin olunan Dəyirmi Masaya hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.

Gülağa Aslanlı Masallı rayonunda şəhidlərin xatirə kompleksinin açılışında iştirakı barədə məlumat verib.

Dünyada və regionda baş verən hadisələr, Ukraynada gedən müharibə və digər hadisələr barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta