REAL Partiyası dövlət qeydiyyatına alınıb
Azərbaycan Ədliyyə Nazirliyi Respublikaçı Alternativ (REAL) Partiyasını rəsmi dövlət qeydiyyatına alıb.
REAL Partiyası bildirir ki, bu gün nazirlik partiyanın qeydiyyata alınması haqda şəhadətnaməni partiyanın sədri İlqar Məmmədova təqdim edib.
Ədliyyə Nazirliyində keçirilən görüşdə nazir müavini Toğrul Musayev bildirib ki, qərar dünən Kollegiya iclasında qəbul olunub.
Görüş zamanı İ. Məmmədov partiyaların qeydiyyatı sahəsində dövlət siyasətinin dəyişməsini təqdir edərək bunun real siyasi dəyişikliklər üçün zəmin yaratdığını vurğulayıb.