Daha iki nəfər vəfat edib,143 yeni yoluxma
Azərbaycanda 143 yeni COVİD-19 yoluxma hadisəsi aşkarlanıb. Bu barədə sentyabrın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Eyni zamanda son sutka ərzində 130 nəfər sağalıb, iki xəstə vəfat edib.
Pandemiya başlayandan Azərbaycanda 36 578 nəfərdə koronavirus infeksiyası təsdiqlənib. Onlardan 33977-i sağalıb, 536-i vəfat edib, 2065 aktiv xəstə müalicəsini davam etdirir.