Prokuror Tofiq Yaqubluya 4,5 il həbs cəzası verilməsini istədi

Bu gün, sentyabrın 1-də Nizami Rayom Məhkəməsində Müsavat Partiyası və Mili Şuranın üzvü Tofiq Yaqubluya qarşı məhkəmə prosesi davam edib. Məhkəmədə dövlət ittihamçısı Əsədulla Ramazanov təqsirləndirilən şəxsə 4,5 il həbs cəzası verilməsini istəyib.

Məhkəmənin növbəti iclası 2 sentyabr saat 11-də olacaq.

Vəkil Nemət Kərimli bildirib ki, məhkəmədə Tofiq Yaqubluya qarşı irəli sürülən ittihama dair hər hansı bir sübut ortaya qoyulmayıb.

Martın 22-də vətəndaş Elxan Cəbrayılovun idarə etdiyi avtomobil Tofiq Yaqublunun park edilmiş və özünün də içərisində olduğu avtomobilini vurub. Bundan sonra E.Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.

Nizami rayon polisi CM-in 221.3-cü maddəsi (silah kimi əşyalardan istifadə etməklə xuliqanlıq) ilə cinayət işi qaldırıb.

T.Yaqublu və onun həmkarları baş verənləri təxribat adlandırıblar. Məqsəd sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etməkdir. Beynəlxalq hüquq-müdafiə təşkilatları T.Yaqublunun həbsini pisləyiblər.

Basta