Belarusda tələbələr küçələrə çıxdı – saxlanılanlar var (Video)

Belarus paytaxtı Minskdə universitet tələbələri tərəfindən təşkil olunan etiraz aksiyasına “OMON” əməkdaşları tərəfindən müdaxilə edilib. Tut.by xəbər verir ki, Kirov və Sverdlov küçələrində yürüş edən bir neçə tələbə saxlanılıb.

Saxlanılan tələbələrə qarşı zor işlədildiyi bildirilir. Hümçinin “Dinamo” stadionu yaxınlığında azı 7 nəfər saxlanılıb.

Tut.by və RIA Novostinin əməkdaşları daxil olmaqla, bir neçə jurnalist də tutulub.

Basta