Müsavat partiya üzvlərinin bir qisminin siyahısını təqdim etdi

İyulun 8-də Müsavat Partiyası üzvlərinin bir qisminin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib.

Bu haqda “Basta”ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Bu il yanvarın 11-də qüvvəyə minən yeni qanunla azı 5000 üzvü olan partiya qeydiyyata alına bilər. Dövlət qeydiyyatındakı 59 partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın “Siyasi Partiyalar haqqında” yeni qanunu pisləyərək, bu sənədin Azərbaycanda siyasi plüralizmi məhdudlaşdıracağını bildirib.

Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən də kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

 

Basta