Xankəndidəki aksiya Putinin göstərişi ilə keçirilir – erməni politoloq
“Stepanakertdə (Xankəndi) oturaq aksiya Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə keçirilir”.
Bunu “Haykakan Jamanak” nəşrinə müsahibəsində politoloq Levon Şirinyan Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyanın Xankəndidəki oturaq aksiyaya qoşulmaq barədə qərarını şərh edərkən deyib: “Qoy onlar istədiklərini etsinlər, bunu etməyə hüquqları var, amma heç bir halda Ermənistanı “çirkli” işlərə, münaqişələrə, müharibələrə cəlb etməsinlər”.
Politoloq qeyd edir ki, Arayik Arutyunyan çox yaxşı şeylər danışır, amma çox qəribədir ki, yeri gəldi-gəlmədi Rusiyanın istəyinə uyğun olaraq Qərbi günahlandırır.
Onun sözlərinə görə, Arutunyan Rusiyanın Qarabağ məsələsində oyun oynadığını, Ermənistanı müdafiə etmədiyini anlamalı və müstəqil siyasət yeritməlidir: “Arutunyandan soruşmaq lazımdır ki, niyə etdiyi alovlu çıxışlarda bütün xalqımızın faciəsinin səbəbkarı olan Qarabağ klanının adını çəkmir? Niyə Qarabağ klanına rəhbərlik etmiş Zori Balayan, Robert Köçəryan, Serj Sarkisyanın adını çəkmir?”
Politoloq hesab edir ki, Qarabağ “hakimiyyəti” Ermənistan Respublikasının hakimiyyəti ilə əməkdaşlıq etməli və Ermənistanı xankəndidən idarə etmək iddiasından əl çəkməlidirlər.
“Tatarıstandan şübhəli tərcümeyi-halı olan adamlar gətirə bilərsiniz, amma onun Kremlin adamı olduğunu unutmayın (keçmiş dövlət naziri Ruben Vardanyanı nəzərdə tutur – red.). Qərbi qınamayın, çünki Ermənistana ancaq Qərb yardım edir. Bu gün rus dilində Fransanı danlayanlar, sonra fransız dilində tövbə etmək məcburiyyətində qalacaqlar” – deyə, politoloq vurğulayıb.
Basta