Rusiyanın Krımdakı silah anbarı partladıldı – Video
İlhaq edilmiş Krımın Kirovski rayonunda Rusiya ordusunun silah-sursat anbarında yanğın başlayıb. “Nastoyasheye vremya” xəbər verir ki, yanğın iyulun 19-da səhər saatlarında başlayıb.
Məlumata görə, anbarda olan mərmilərin partlaması bir neçə saatdır davam edir. Rusiyanın işğalçı administrasiyası dörd qonşu yaşayış məntəqəsinin sakinlərinin təxliyyə edildiyini elan edib. Yanğının səbəbi barədə məlumat verilmir.
Rusiyanın bəzi teleqram kanalların hərbi obyektin Ukrayna tərəfindən vurulduğunu iddia edirlər.
İşğalçı administrasiyanın nümayəndəsi Sergey Aksyonov bildirib ki, ilhaq edilmiş Krımın Kirovski rayonundakı poliqonda baş verən yanğın səbəbindən Kerç, Simferopol və Sevastopolu birləşdirən Tavrida magistral yolu bağlanıb.
Poliqona ən yaxın yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi planlaşdırılır – bu, təxminən iki min nəfərdir.
Basta