Müsavat Divanının gündəliyi
İyulun 31-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlərlə bağlı məlumat dinlənilib. Məclisin iyulun 29-da keçirilən son sessiyasında qəbul olunan qərarlar təqdir edilib, həmin qərarların icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Ölkədəki ictimai-siyasi vəziyyət və Laçın dəhlizinin bağlanması ilə əlaqədar son gəlişmələr müzakirə olunub.
İclasda regiondakı durum, Ukrayna ordusunun Rusiya işğalçılarına qarşı əks-hücumu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta