Ukrayna ötən həftə 15 kvadrat kilometr ərazini azad edib

Ukrayna ordusu son bir həftə ərzində əks-hücum nəticəsində ölkənin şərq və cənub bölgələrində təxminən 15 kvadrat kilometr ərazisini Rusiya işğalından azad edib.

Reuters agentliyi xəbər verir ki, bu haqda bazar ertəsi Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama verib.

Ukrayna rəsmiləri tələsmədən, lakin davamlı olaraq əks-hücum əməliyyatı keçirərək, bir sıra kəndləri geri aldıqlarını,  xüsusilə Baxmut şəhərinin cinahlarına doğru irəlilədiklərini bildirirlər.

Ukrayna qüvvələrinin Berdyansk və Melitopol şəhərlərinə doğru irəlilədiyi və burada 12,6 kv. km. ərazini azad etdiyi deyilir.

Malyarın sözlərinə görə, rus qoşunları Kupyansk və Liman bölgələrində irəliləməyə çalışsalar da, uğur qazana bilməyiblər.

Basta