Bakı-Balakən marşrutu üzrə sərnişin qatarı niyə işləmir?
Avqustun 5-6-da Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlardan istifadə olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, qatarlar saat 08:25-də Bakı dəmir yolu stansiyasından Ağstafaya, saat 17:10-da isə əks istiqamətə yola düşəcək.
Əlavə reyslərin tətbiq edilməsinə baxmayaraq, QSC-nin cədvəli üzrə hərəkət edən qatarlar saat 08:45-də Bakıdan Ağstafaya, saat 18:15-də isə əks istiqamətə yola düşməyə davam edəcək.
Qeyd edək ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə gediş haqqı (standart oturacaqlar) bir tərəfə 17 manatdır. Biletləri dəmiryol vağzallarının kassalarından və ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytından onlayn əldə etmək mümkündür.
Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda sərnişin qatarlarının fəaliyyəti dayandırılmışdı. “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları 2023-cü il martın 18-dən Bakı-Ağstafa marşrutu üzrə sərnişin daşımağa başlayıb. Bakı-Balakən-Bakı marşrutu isə indiyədək bağlı qalıb. Rəsmi qurumlardan bunun səbəbini öyrənmək mümkün olmayıb.