Ziyalı ilə tanınmışın fərqi
Elşən Əlisoy
Cəmiyyətin əksəriyyəti ziyalı ilə tanınmışın – məşhurun fərqini bilmir. Yanında olan ziyalıları 5 qəpiklik edib, yaxşı şeir yazanı, yaxşı musiqiçini, yaxşı rəssamı, yaxşı aktyoru ziyalı edib zirvələrə qaldırb onlardan ümid gözləyir, sonra məlum olur ki, bu adamlar ziyalı yox, istedadlı sənətkardılar. Sənət adamları alqış istəyir – mükafat istəyir.
Bəziləri güya ziyalı qədri bilən olublar. Ziyalı Əbülfəz Elçibəyə hər sözü deyənlər sanki fransız xalqı olub. Ziyalı Elçibəyi meydanda tək qoyub, şair Bəxtiyar Vahabzadəyə, şair Xəlil Rzaya, Azərbaycanda türkçülüyün 1 nömrəli düşməni olan Ziya Məmmədova qoşulub, kqb generilını prezident edənlər sanki başqa planetdən gəlmişdilər.
Ziyalı İsa Qəmbər parlamentdə, Heydər Əliyev prezident olduğu ölkədə yaşamaqdansa, həbsi seçirəm ” deyəndə , xalqın ziyalı adını verdiyi şairlər , aktyorlar Heydər Əliyev üçün dəridən-qabıqdan çıxırdılar. Ziyalı olmaq üçün aktyor olmaq və yaxud şeir yazmaq lazimdır ki?
Sənətkara sənətinə görə, ziyalıya ziyasına görə qiymət vermək lazımdır. Ziyalıdan aktyorluq, aktyordan ziyalılıq gözləmək axmaqlıqdır. Guya ki, Rasim Balayev Nəsimi kimi dərisini soydursa idi nə olacaqdı ki?
Azərbaycanın müstəqilliyini qazanan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy prezident seçkilərində populist Nizami Süleymanova çox az səslə qalib gələ bildi. Cəmiyyətin yarıdan biraz az faizi Əbülfəz Elçibəyin ziyasını buraxıb, Nizami Süleymanovun “durba”sından yapışdı.
İllərdir ki, ölkənin ziyalılarınin cəmiyyəti səsləməkdən ürəkləri xəstə olub, eşidən yoxdur, umanda aktyordan, küsəndə artistdən – şairdən küsürlər.
Ziyalılar, hər gün ölkənin problemindən yazır, ölkənin taleyindən danışırlar. Artistləri , şairləri müzakirə edincə , ziyalıların ətrafına toplaşsanız, belə deyək: bəlkə xilas oldunuz!
Bir də ki, tənqidi haqqı olanlar edəndə daha gözəl olur.
Hə, Rasim Balayev o mükafatların daha çoxuna layiq sənətkardır.