Mahmud Abbas Əli Xaməneini qınadı: “Fələstinliləri qurban verirsiz”
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas, İran rəhbəri Əli Xaməneinin HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu dəstəkləyən çıxışını tənqid edib.
Bu barədə ərəb dilli media məlumat yayıb.
“Bu vasitə ilə fələstinliləri qurban verirsiz, bu isə müstəqil Fələstin dövlətinin qurulması ilə nəticələnməyəcək”,- deyə Mahmud Abbas bildirib.
Qeyd edək ki, Əli Xamənei iyunun 3-dəki çıxışında HƏMAS-ın İsrailə hücumunu təqdir edib, bunun bölgə üçün vacib olduğunu deyib.
Xomeyninin açıqlamalarına toxunan Xamənei üstüörtülü şəkildə fələstinlilərdən Qəzzada atəşkəs üçün İsraillə danışıqlara getməmələrini istəyib.
“Razılaşma müzakirələrinə əhəmiyyət verməyin”,- deyə İran rəhbəri bildirib.
Ekspertlər Əli Xaməneinin bu çıxışını İranın bölgədə sülh və sabitliyin əleyhinə olmasına dair növbəti fakt hesab edirlər.
Ərəb ölkələri və mədəni dünya sülhün bərqərar olması üçün danışıqlara çağırışlar etdikləri halda, İran rəhbərinin bu çıxışı Tehranın gərginliyin artmasında maraqlı olduğunu göstərir.
GünazTV