Arutyunyan sabah istefa verəcəyini açıqladı
Qarabağdakı qondarma separatçı qurumun “rəhbəri” Arayik Arutyunyan sabah “istefa” verəcəyini açıqlayıb.
O, bununla bağlı özünün sosial şəbəkədəki hesabında məlumat verib.
Arutyunyan bildirib ki, “istefa” məktubunu sabah “xalq”a və “parlament”ə təqdim edəcək.
A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.
O deyib ki, ailəsilə birlikdə Dağlıq Qarabağda yaşamağa davam edəcək.
Arutunyan həmçinin bildirib ki, Qurgen Nersisyanı “dövlət naziri” postundan azad edib və onun yerinə Samvel Şahramanyanı təyin edib.
Azərbaycanın hakimiyyətyönlü saytları yazır ki, rəsmi Bakı ilə Qarabağ erməniləri arasında növbəti təmaslar gözlənilir, Bakı onların reinteqrasiyası üçün düsturlarını Arutyunyanın qondarma vəzifəsindən getməsi ilə daha da gücləndirəcək.