Azərbaycanlı milyarder Putindən icazə istəyir
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti ölkədən 5 milyard dollar çıxarmaq üçün icazə istəyi ilə Rusiya Federasiyası Prezidentinin aparatına müraciət edib.
Bu barədə Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev bildirib. Onun sözlərinə görə, “Lukoyl” bu pulla öz səhmlərini xarici investorlardan geri almağı planlaşdırır.
Qeyd olunur ki, səhmlərin geri alınması təxminən 5 milyard dollara başa gələcək. Oxşar tələblərlə hökumətə müraciət edən digər neft və qaz şirkətləri də daxil olmaqla, məbləğ 10 milyard dollara çata bilər.
Mütəxəssislər əmindirlər ki, bu cür əməliyatlar rublun yeni ucuzlaşmasına səbəb ola bilər.