Ermənistan ordusuna məxsus zərbə PUA-sı ələ keçirilib – FOTO/VİDEO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.

 

Oxu.az