Müsavat Divanının gündəliyi
Sentyabrın 4-də Müsavat Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə partiyadaxili məsələlər müzakirə edilib.
Daha sonra Qarabağda və Azərbaycan-Ermənistan sərhədində son durum müzakirə edilib. Qeyd edilib ki, Qarabağda guya humanitar böhranın yaranması barədə Ermənistan diasporunun təbliğat kampaniyası inandırıcı deyil. Rusiya və Fransa rəsmilərinin rəsmi Yerevanı konfliktin dərinləşməsinə təhrik edən açıqlamaları pislənilib.
Ukraynada Rusiya işğalçılarına qarşı uğurlu hərbi əməliyyatlar və digər hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.