Müsavat Divanının gündəliyi
Sentyabrın 18-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Qarabağda və Azərbaycan-Ermənistan sərhədində son vəziyyət müzakirə olunub. Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması, prosesin ümumi nəticəsi kimi Laçındakı sərhəd-keçid məntəqəsinin leqallaşması təqdir edilib. Ermənistanla sülh danışıqlarının davam etdirilməsi zəruri sayılıb.
Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.
Regionda və dünyada gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.