Qarabağda Rusiya sülhməramlıları həlak olub?
Dağlıq Qarabağın Canyataq kəndi yaxınlığında avtomobilin atəşə tutulması nəticəsində Rusiya sülhməramlıları həlak olub. Bi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub.
Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, – deyə məlumatda bildirilir.
Hərbi idarədən bildirilib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri bütün halların aydınlaşdırılması üçün hadisə yerində işləyirlər.