“Laçın artıq bəzi fərdlər arasında bölüşdürülüb” – Etiraz
Mən daha Laçına köçməkdən əlimi üzmüşəm. Nə buraxmırlar ki, özümüz evimizin xarabalıqları yerində özümüzə bir koma qaraldaq, nə də özləri tikənə oxşamır.
İlham Əliyev Laçına gəlib-qayıtdı, onunla da, vəssalam. Təkərlər tıss elədi buraxdı.
Tikməkləri o yana qalsın, dalları yuxarıya bağlı bəzi şirkətlər və bir-iki laçınlı “maşenniki” salıblar ortaya, camaatın yerlərinə soxulmaqdan, kiminsə sənədli, sübutlu evini özlərinə obyekt eləməkdən belə çəkinmirlər.
Laçında erməni işgalının başqa forması davam edir.
Yüzlərlə belə nümunə var, azad edildikdən sonra eyni vəziyyətdə olan iki qonşunun evi, biri tapşırılıb deyə, əvvəl olduğundan da gözəl təmir edilib, o biri xaraba olaraq qalır.
Hələ torpaq verib basdıraraq gizləmək də istəyirlər.
Laçında artıq hektarlarla torpağa sənəd alan kim, otel , restoran, nələr-nələr tikdirənlər kim – bir qrup yuxarıya əlləri çatan “maşenniklər”, prezidentin təyin etdiyi nümayəndəyə hansı bir yollasa əli çatanlar.
Hardasa 200- 500 nəfər, (ailə yox ha, nəfər) adam Laçında məskunlaşıb, Laçın isə artıq bəzi fərdlər arasında bölüşdürülüb.
Bəs bu yerdə qalan 70-80 min laçınlının taleyi necə olacaq? Laçında ındi bir neçə nəfər laçınlı nümayədə var, hər hansı bir laçınlı onlara yaxınlaşıb dərdini dedikdə, gülümsəyir, (tapşırıq belədir) şirin dili ilə əlinə konfet verib, “vallah bizlik deyil” deyərək yola salırlar.
Mən o adamlardan soruşuram, sizlik heç nə yoxdursa , orada nə gəzirsiniz?
Sizlik olan öz evlərinizi saray kimi tikdirmək, obyektlər özəlləşdirmək, yüz hektarlala torpaqları adınıza sənədləşdirməkdirmi?
Axı bu Laçın təkcə sizin dədənizin malı deyil (dəqiq bildiklərimi yaxınlarda cəmiyyətə çatdıracağımı da biləsiniz).
Yazı laçınlı İlqar Mahmudun feysbuk səhifəsindən götürülüb.